İranda ictimai yerlərdə hicab taxmaqdan imtina edən qadınlar üçün Tehranda xüsusi klinika açılıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalının məlumatında deyilir.
Bildirilib ki, klinikada hicabı çıxarmaq istəyinə qarşı elmi və psixoloji müalicə təklif olunacaq.
Həmçinin qeyd edilib ki, bu proqramda ləyaqət və təvazökarlıq təşviq ediləcək.