AZ

Avropada qazın qiyməti rekord həddə yüksəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropada qazın qiyməti min kubmetr üçün 500 dolları ötüb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bunu Londonun ICE birjasının məlumatları sübut edir.
Məlumata görə, enerji daşıyıcısının ticarəti 28 noyabr 2023-cü ildən bəri ilk dəfə bu səviyyənin üzərindədir.
Son məlumatlara görə, Niderlanddakı TTF mərkəzi üzrə dekabr fyuçerslərinin dəyəri min kubmetr üçün 503,14 dollar (+4,03%) təşkil edib. Noyabrın 13-nə bağlanış qiyməti 483.64 dollar olub.
Bu arada, neft qiymətləri noyabrın 14-ü səhərdən aşağı düşür. "Brent" markalı neftin yanvar fyuçerslərinin bir barreli 72.25 dollar (-0,042%) təşkil edib. Eyni zamanda, dekabr ayı üçün çatdırılma ilə WTI müqaviləsi üzrə ticarət 68.38 dollar (-0,073%) olub.
Avropa noyabrın əvvəlində regionda soyuqların düşməsi fonunda yeraltı anbarlarından qazın çıxarılmasını artırıb. Nəticədə ehtiyatlar keçən ayın ortasındakı təxminən 95%-dən 93.04%-ə düşüb.
Seçilən
11
50
oxu.az

10Mənbələr