"Çelsi"nin hücumçusu Kristofer Nkunku klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "TodoFichajes" portalına istinadən xəbər verir ki, "Bavariya" və "Liverpul" Nkunkunu öz sıralarında görmək istəyir.
Mənbə qeyd edir ki, “Çelsi” Nkunkunu satmağa istəkli deyil.
Lakin futbolçu klubu tərk etmək istəyir.
2024/2025 mövsümündə hücumçu 17 matçda iştirak edib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.
"Transfermarkt" Nkunkunun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.