AZ

“Bu, Ronaldonun avtobusdakı yeri idi...”

Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş yığmadakı komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, 39 yaşlı hücumçu barədə bunları deyib: 

“Məncə, Ronaldo haqqında bilmədiyiniz çox şey var. Kriştianonun necə yaşadığını anlamaq üçün daim onun yanında olmalısınız. Ronaldo əla rəqqasdır, yaxşı rəqs hərəkətləri var. Gülməli, həm də həyəcanlıdır. Buraya ilk gələndə heyran olduğum böyük oyunçuların əhatəsində idim. Amma çox utancaq idim. Heç kimlə danışmaq istəmirdim. Başımı aşağı salaraq salam verdim və mən gələndə Kriştiano orada deyildi. Çünki mən milliyə çox erkən qatılmışdım. Ancaq Ronaldo gələndə mənimlə danışdı, adımı çağırdı. O mənə dedi: “Matçlarını gördüm, qol vurursan, “Sportinq"də əla oynayırsan”.

Daha sonra Bruno sözlərinə belə davam edib:

“Təbii ki, onunla çoxlu xatirələrim var. İlk dəfə təlim-məşq toplanışına gələndə avtobusda harada oturacağımı bilmirdim və bəzi oyunçular “orada otura bilərsən, boş yer var” dedilər. Bu, Kriştianonun yeri idi və gələndə gülməyə başladı, “burda mənimlə otura bilərsən” dedi. Sadəcə 20 yaşım var idi və onun yerində oturmuşdum. Məni aldatdılar, lakin maraqlı xatirədir”.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü, Bruno Fernandeş isə 2017-ci ildən Portuqaliya millisinin üzvüdür. Onlar həmçinin “Mançester Yunayted”də də birgə forma geyiniblər.

Seçilən
105
qafqazinfo.az

1Mənbələr