AZ

Trampın gözəlləri - ABŞ-nin yeni seçilmiş prezidentinin hakimiyyətdə vəzifə nəzərdə tutduğu qadınlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Donald Tramp dövlət aparatını formalaşdırmağa başlayıb. O, ən məsuliyyətli vəzifələrə qadınları təyin edir.
Oxu.Az-ın verdiyi məlumata görə, aif.ru bunun səbəbləri barədə yazıb.
Nəşr xatırladıb ki, ekssentrik siyasətçinin 2016-cı ildəki ilk prezidentlik müddəti dinləmə qalmaqalı ilə başlayıb. Prezident seçkisinə bir ay qalmış, 7 oktyabrda "The Washington Post" 2005-ci ilin sentyabrında Donald Tramp və aparıcı Billi Buşun qadınlar haqqında ədəbsiz söhbətini əks etdirən video və məqalə dərc edib. Bu səbəbdən ölkənin, demək olar ki, bütün feministləri ona qarşı çıxıb.
İkinci müddətində Donald Tramp, sanki, zərif cinsi nə qədər yüksək qiymətləndirdiyini göstərmək istəyib - ən məsul vəzifələrə qadınları təyin etməyə başlayıb.
Onlardan bəzilərini təqdim edirik.
Kristen Noem
Yaş: 52
Tutacağı vəzifə: Daxili Təhlükəsizlik Departamentinin rəhbəri (nazir)
Tutduğu vəzifə: Cənubi Dakota qubernatoru
Norveç mənşəli respublikaçı dövlət sərhədlərinin təhlükəsizliyi və deportasiyaya cavabdeh olacaq.
O, siyasi karyerasına 2006-cı ildə Cənubi Dakota Nümayəndələr Palatasının üzvü kimi başlayıb. 12 il sonra Noem artıq ştatı federal parlamentdə (ABŞ Konqresində) təmsil edib. Rançoda böyümüş qız, atası taxıl anbarının çökməsi nəticəsində həlak olduğu üçün erkən yaşlarından işləməyə məcbur olub.
2016-cı ildə Noem Trampın qələbəsinə kömək edib. O, pandemiya zamanı peyvəndə qarşı müqaviməti ilə tanınıb.
Eliz Stefanik
Yaş: 40
Vəzifəyə təyin ediləcək: BMT-də ölkənin daimi nümayəndəsi
Əvvəlki vəzifə: ABŞ Konqresində Nyu-York dairəsinin nümayəndəsi
Eliz Stefanik İsrailin güclü tərəfdarıdır, BMT-nin və digər beynəlxalq qurumların hazırkı səmərəliliyini sərt tənqid edir.
HƏMAS-ın İsrailə 7 oktyabr hücumundan sonra o, BMT-nin ABŞ tərəfindən maliyyələşdirilməsinin tam yenidən qiymətləndirilməsinə çağırış edib.
Nyu-Yorklu xanım karyerasına Corc (oğul) Buşun administrasiyasında başlayıb. Əvvəlcə mülayim respublikaçı kimi tanınıb, lakin sonradan sərt mühafizəkar olub və Trampın tərəfinə keçib. O, Trampa qarşı aparılan istintaqlarla bağlı məsələlərdə onu fəal şəkildə dəstəkləyib.
Elizabeth Pipko
Yaş: 29
Mümkün vəzifə: Ağ Evin mətbuat katibi
Hazırkı vəzifə: Respublikaçılar Partiyasının Milli Komitəsinin mətbuat katibi
Media məlumatlarına görə, Ağ Evin mətbuat katibi vəzifəsinə son illərdə Trampın qərargahında işləyən 29 yaşlı keçmiş model Elizabet Pipko namizəddir.
Gözəlliyi ilə diqqət çəkən qız siyasi karyera naminə podiumdan imtina edib. Elizabet sovet-amerikan rəssamı Mark Klionskinin nəvəsidir. O, babasının onu rus üslubunda "kukolka" adlandırdığını xatırlayır. Əvvəllər Trampın yəhudi təşkilatları ilə əlaqələr üzrə məsləhətçisi olan gənc siyasi fəal antisemitizmə qarşı mübarizəni özünün əsas üstünlüyü hesab edir. Pipkonun sözlərinə görə, onu Respublikaçılar Partiyasına Donald Trampın şəxsiyyətinə olan heyranlıq gətirib.
Alina Habba
Yaş: 40
Mümkün vəzifə: Ağ Evin mətbuat katibi
Hazırkı vəzifə: Donald Trampın vəkili
Trampın mətbuat katibi vəzifəsinə digər namizəd onun ən yaxın silahdaşı - vəkil Alina Habbadır. Gənc rəqibi kimi çimərlik geyimində şəkil çəkdirməyi sevən cazibədar sarışın xanım, "The New York Post" nəşrinə Trampın media ilə iş üzrə köməkçisi olmaq imkanını çox ciddi nəzərdən keçirdiyini bildirib.
Alina 2021-ci ildən bəri siyasətçinin dələduzluq və böhtan ittihamları ilə bağlı məhkəmə işlərində Trampın maraqlarını təmsil edir.
Habba aqressiv və təzyiqedici müdafiə üslubu ilə tanınır. O, tez-tez hüquq sistemini tənqid edir və onu Trampa qarşı qərəzli münasibətdə ittiham edir.
Tulsi Gabbard
Yaş: 43
Vəzifəyə təyin ediləcək: ABŞ Milli Kəşfiyyat direktoru
Əvvəlki vəzifə: siyasi və hərbi ekspert
Havay adalarında doğulmuş samoaəsilli qadın 17 il Silahlı Qüvvələrdə xidmət edib. 2022-ci ilə qədər o, Demokratlar Partiyasının üzvü və hətta "mavilərdən" prezidentliyə namizəd olub, lakin sonra qəfildən Trampın tərəfinə keçib. Onun sözlərinə görə, Baydenin tərəfdarları döyüşkən istablişmentin təsirinə məruz qalıblar. Samoaəsilli qadın müstəqil baxışları, partiya məmurlarını tənqid etməsi və müharibə əleyhinə mövqeyi ilə tanınır.
Suzan Uayls
Yaş: 67
Vəzifə: Ağ Evin Aparatının rəhbəri
Əvvəlki vəzifə: respublikaçı siyasi texnoloq
Uaylsın təyinatı Donald Trampın ilk kadr qərarıdır. 67 yaşlı respublikaçı Ağ Evin Aparatının rəhbəri vəzifəsinə təyin edilərək ABŞ tarixində bu vəzifəni tutan ilk qadın olub.
Ağ Evin Aparatı İcraiyyə Ofisinin - digər ölkələrdəki prezident administrasiyasının analoqu olan qurumun struktur bölməsidir.
Suzan Uayls vəzifələrinə Trampın cədvəlinin aparılması, onun qərarlarının icrasına nəzarət, siyasi planlaşdırma, mətbuatla əlaqələrin dəstəklənməsi və s. daxil olacaq.
1980-ci ildə Ronald Reyqanın seçilməsinə kömək edən təcrübəli siyasi texnoloq Suzan Uayls kameralar qarşısında görünməyi sevmədiyi üçün "Buz qadın" ləqəbini alıb.
"Suzi arxa planda qalmağı sevir, lakin o mənim 2016 və 2020-ci illərdəki uğurlu kampaniyalarımın ayrılmaz hissəsi olub", - deyə Tramp öz köhnə siyasi tərəfdaşı haqqında deyib.
Mediada yayılan məlumatlara görə, Uayls Trampı tənqid etmədən, yaxud nəsihət vermədən, hörmətini qazanaraq onun mənfi impulslarını nəzarətdə saxlamağa kömək edib.
Seçilən
74
50
oxu.az

10Mənbələr