AZ

Hərbi komissarlığı yandıran krançı 24 il müddətinə azadlıqdan məhrum edilib

Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi krançı Sergey Andreyevi 24 il müddətinə azadlıqdan məhrum edib. O, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Moskvada hərbi komissarlığı yandırdığına görə dövlətə xəyanət və terrorizmdə təqsirli bilinib.

Andreyev günahını qismən etiraf edib. Vəkilləri müdafiə etdikləri şəxsin vətənə xəyanət və terrorizm ittihamlarını rədd edərək onun əməllərinə yalnız yanğın kimi baxılmasını istəyiblər.

İstintaqın məlumatına görə, 2023-cü ilin noyabrında Andreyev Telegram messencerində Ukrayna xüsusi xidmət orqanlarından göstərişlər alaraq Moskvanın Akademik rayonunda hərbi komissarlığı yandırıb.

Noyabrın 14-də bildirilib ki, Primoryedə Artyom şəhərinin iki sakini hərbi komissarlığı yandırmaqda təqsirli bilinib. Məhkəmə buna görə Kirill Getman və Roman Lozovoyu müvafiq olaraq 13 və 14 il müddətinə azadlıqdan məhrum edi.

Bundan əvvəl Sankt-Peterburqda 67 yaşlı təqaüdçü hərbi komissarlığı yandırdığına görə 10 il həbs cəzası alıb.

Oxuməni.az

Seçilən
45
oxumeni.az

1Mənbələr