AZ

ABŞ "Ford" şirkətini 165 milyon dollar məbləğində cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ “Ford Motor” şirkətini cərimələyib.

Banco.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) ilə razılaşmaya əsasən, “Ford Motor” geri çağırma tələblərinə əməl etmədiyinə görə 165 milyon dollar cərimə ödəməyə razılaşıb.

NHTSA-nın açıqlamasında “Ford Motor”un arxa görüntü kameraları nasaz olan avtomobilləri vaxtında geri çağırmadığı və müvafiq qanunun tələb etdiyi kimi məlumat vermədiyi bildirilib.

Bu məsələdə şirkətlə razılaşma əldə edildiyini bildirən açıqlamada “Ford Motor”un qəbul etdiyi 165 milyon dollarlıq cəzanın şirkət tarixində ikinci ən yüksək cəza olduğu vurğulanıb.

Açıqlamada müqavilə çərçivəsində “Ford”un 65 milyon dollar ilkin ödəniş edəcəyi, şirkətin icra öhdəlikləri üçün 45 milyon dollar xərcləyəcəyi, 55 milyon dolların isə təxirə salındığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
55
banco.az

1Mənbələr