AZ

Məhəmməd Peyğəmbərin nəslindən olan şahzadənin misilsiz zümrüdü rekord qiymətə satıldı

İsmailiyyə-nizari icmasının imamı III Ağa xanın oğlu Şahzadə Sadruddin Ağa xana məxsus broşdakı zümrüd hərracda rekord qiymətə satılıb.

News24.az-ın verdiyi məlumata görə, bu barədə "CBS News" məlumat verib.

Brilyant daşlarla bəzədilmiş zümrüd hazırda dünyanın ən bahalı yaşıl daşıdır.

Bir çox mütəxəssislər daşın unikal formasını da qeyd edirlər - o, nazik və yastıdır. Belə xüsusiyyətlər zümrüdün rənginə mənfi təsir göstərməlidir, ancaq şahzadənin bəzək əşyasında belə deyil: parlaq yaşıl rəng mükəmməl şəkildə qorunub saxlanılıb.

Sədrəddin Ağa xan Məhəmməd peyğəmbərin birbaşa nəslindən hesab olunur. O, zinət əşyasını 1960-cı ildə nişanlısı Nina Şeyla Dyera üçün "Cartier"dən sifariş edib. Qiymətli broş "Markiz" xüsusi kəsimi olan 20 brilyant və 37 karatlıq zümrüdlə bəzədilib. \\Oxu.Az


Seçilən
38
3
news24.az

4Mənbələr