Fransa millisinin baş məşqçisi Didye Deşam "xoruzlar"ın və "Real Madrid"in hücumçusu Kilian Mbappenin problemlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:
"Mbappe çətin vəziyyətdədir. Mən onu dəstəkləyirəm. Kilian karyerasının ən xoşbəxt dönəmini yaşamır. Heç nəyə baxmayaraq, milliyə qoşulmaq istədi. Məncə, indi onun üçün belə daha yaxşıdır. Hamının çətin dönəmi ola bilər. Mövcud vəziyyətə həm fiziki, həm də psixoloji aspektlərdən baxmalıyıq".
Nihat