AZ

Güney Azərbaycanın Ətraf Mühit, Vətəndaş və Siyasi Aktivistləri COP29-a müraciət ünvanlayıb

Image

Güney Azərbaycanın Ətraf Mühit, Vətəndaş və Siyasi Aktivistlərinin BMT-nin ixtiyarında keçirilən 29-cu İqlim Dəyişikliyi Sammitinin hörmətli təşkilatçısına müraciəti:

Salamlar və qlobal ətraf mühitin qorunması və dəstəklənməsi yolunda sizə uğurlar arzulayırıq. Bütün bəşəriyyətin ortaq sərvəti olan ətraf mühitin qorunması üçün, İranın qeyri-demokratik və məsuliyyətsiz hakimiyyətinin Güney Azərbaycanda yaratdığı əsas ətraf mühit problemlərini hazırda Azərbaycan Respublikasının ev sahibliyi etdiyi COP29 Sammitinin rəhbərliyinə çatdırmaq istərdik. Ümid edirik ki, bu məktub vasitəsilə Güney Azərbaycanın ətraf mühit problemləri və tələbləri, xüsusən sammitin ev sahibi olan və haqlı olaraq özünü dünya Azərbaycanlılarının maraqlarının qoruyucusu kimi təqdim edən cənab Prezident İlham Əliyevin nəzərinə çatdırılacaqdır.

  1.  İran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulmasının qarşısının alınması – Bu, birinci növbədə göl ətrafında yaşayan 15 milyon insanın həyatını birbaşa təhdid edir və mütəxəssislərin proqnozlarına görə, növbəti mərhələdə 500 km radiusda duz tozlarının yaratdığı potensial təhlükə olacaqdır.

  2.  Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından Araz çayına atılan kimyəvi və radioaktiv tullantıların dayandırılması və qarşısının alınması, cənub bölgələrində yaşayanlar arasında geniş yayılmış ağciyər, həzm və dəri xərçənglərinin artmasına səbəb olub. Bu çirklənmə Xəzər dənizinə də təsir göstərir və uzun müddət ərzində ekoloji təsirlərinin daha da ağırlaşacağı gözlənilir.

  3.  Təbriz və Binab şəhərlərindəki elektrik stansiyalarında mazutun yandırılmasının dərhal dayandırılması – Halbuki İsfahan, Ərak, Tehran və İranın digər bölgələrindəki elektrik stansiyaları mazut yandırmanı dayandırıb və təbii qazdan istifadə edir.

  4.  İran hökumətinə Qaradağ bölgəsində yerləşən Süngün mis yataqlarında, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran qızıl yataqlarında, Zəncan və Güney Azərbaycanın digər bölgələrində istismar məqsədilə həddindən artıq siyanid istifadə edilməsi ilə bağlı xəbərdarlıq. Bu, həmin ərazilərdə xəstəliklərin artmasına və ətraf mühitə geri dönməz ziyanlar vurulmasına səbəb olub.

  5.  Ətraf mühit aktivistlərinə qarşı əsassız ittihamlarla cəza tədbirlərinin dayandırılması tələb olunur, çünki onlar casusluq və xarici ölkələrlə əlaqə kimi əsassız ittihamlarla üzləşirlər.


Güney Azərbaycanın Ətraf Mühit, Vətəndaş və Siyasi Aktivistləri


İmzalar:


1. Məcid Cəvadi(Araz) Dirəniş Təşkilatının sözçüsü 

2. Saleh Kamrani - Azərbaycan Mərkəz Partiyası Başqanı 

3. Mahmud Bilgin – Güney Azərbaycan Demokrat Partiyası Sözçüsü

4. Səid Əzizi - Azərbaycan Milli Dirəniş Təşkilatı Avrupa Təmsilçisi

5. Simin Səbri - Azərbaycan Demokrat Partiyası Sözçüsü

6. Həbib Sasanian(Yakamoz) müstəqqil jurnalis 

7. Süheyla Əzizi - Azərbaycan Milli Dirəniş Təşkilatı Qadın Qolları Sədri

8. İsmail Cavadi Araz - Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şura Üzvü

9. Babək Azəroğlu – Milli Fəal

10. Səfərəli Quluzadə - Güney Azərbaycan Demokrat Partiyası üzvü

11. Muctaba Nəcəfi - Milli Fəal 

12. Əli Həmzə Zadə - Milli Fəal

13. Cemal Mehmethanoğlu - ÇAĞDAŞ Azerbaycan Kültür Merkezi İZMİR Başqanı

14. Əli Süleymani - Jurnalist, milli fəal

15. Şərifə Cəfəri - İşiqYol Azərbaycan kültür ve ədəbiyyat cəmiyyətinin sədri, yazar, şairə

16. Oğuz Bahadır -  Azərbaycan Milli Dirəniş Təşkilatı Gənclik Qolları sorumlusu

17. Yaşar Həkkakpur – İnsan haqları fəalı

18. İnsafəli Hidayət – Jurnalist, milli fəal

19. Araz Sulduzlu - Jurnalist, milli fəal

20. Samad Muğanlı Qaşqay- Milli fəal 

21. Hüsen Həsənpur – Milli fəal

22. Səttar İslami – Milli mədəni fəal

23. Məhəmmd Əmin Mirzayi – Milli fəal

24. Behzad Ağdamlı, Həkim və insan haqları aktivisti

25- Səhənd Əmanzadə- ətraf mühit aktivisti

26. Bəhram Qəhrəmani milli aktivist

27. Heydər Əkbəri, Şair, yazar, nəzəriyyəçi

28. Əli Hacməhəmmədi_Sulduzlu, Milli-mədəni fəal

29. Mehdi Azmayəndə, vəkil






Seçilən
48
1
baki-xeber.com

2Mənbələr