AZ

Sülh müqaviləsi öncəsi bəy hamamı?- Paşinyanın imicini dəyişməsinin "sirri" - FOTO

Nikol Paşinyan saqqalını qırxıb və beləliklə, 2018-ci il meydan hərəkatından başlayaraq saxladığı, müharibə dövründə isə əsas imicinə çevrilmiş saqqaldan bu gün etibarilə qurtulub. Ümid edirəm ki, Paşinyanın bu addımı həm də regional gərginliyin azaldılması istiqamətində atılacaq addımların bir işarəsidir. Başqa sözlə, Paşinyan Azərbaycana danışıqlarda maksimum konstruktiv mövqe nümayiş etdirmək və sülh müqaviləsini yenilənmiş imicdə imzalamaq niyyətində olduğunu göstərmək istəyir. Bu dəyişiklik, onun gələcəkdə yeni yanaşmalar və daha müsbət münasibətlər qurmaq istəyinin simvolik bir əks-sədası kimi də qəbul edilə bilər. Saqqalın qırxılması, həm Ermənistan daxilində, həm də regionda barış və əməkdaşlığa hazır olduğuna dair güclü bir mesaj ola bilər.
Aqil Məmmədov, ekspert
All 
Seçilən
75
news365.az

1Mənbələr