AZ

Qohumları bıçaqlayan gəncin məhkəməsi başlayır

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tural Məmmədlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

 

Qeyd: Hadisə bu il iyulun 29-da, saat bir radələrində paytaxtın Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 

Belə ki, 1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər.

 

İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Tural Mübariz oğlu Məmmədli saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 15 Noyabr 2024, 09:10   
Seçilən
46
pravda.az

1Mənbələr