AZ

“Neftçi” ilə matçda problemlə üzləşən müdafiəçi geri döndü - 5 nəfər kənarda qaldı

“Sumqayıt”la oyundan sonra Premyer Liqada yaranmış fasilədən istifadə edərək 3 gün istirahət edən "Araz-Naxçıvan" bu gün məşqlərini bərpa edib.

Sporlinfo.az xəbər verir ki, Buzovna qəsəbə stadionunda həyata keçirilən 90 dəqiqəlik məşqə bərpa prosesini davam etdirən Vadim Abdullayev, Ramin Nəsirli və Karlos Jatoba, eləcə də milli komandanın düşərgəsində olan Mustafa Əhmədzadə, Moldova yığmasına yollanan qapıçı Kristian Avram qatılmayıb.

Əvəzində “Neftçi” ilə görüşdə zədələnən, bu səbəbdən “Zirə” və “Sumqayıt”la matçları buraxan Bəxtiyar Həsənalızadə komanda ilə çalışmalara qoşulub.

“Araz-Naxçıvan” milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən sonra noyabrın 22-də, Tovuz şəhər stadionunda “Kəpəz”lə üz-üzə gələcək.

Seçilən
75
sportinfo.az

1Mənbələr