AZ

Erməni ekspert nədən narahatdır?

“Ermənistanın baş naziri Nikol Paşinyanın İlham Əliyevə ünvanladığı nikbin bəyanatlar yalnız Azərbaycan tərəfinin əlinə oynayır və erməni xalqını çətin reallıqlar qarşısında qoya bilər”.

Herbiand.az xəbər verir ki, bu fikirləri azərbaycanşünas erməni eksperti Tatev Ayrapetyan “Sputnik Ermənistan”a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə ünsiyyətdən məmnunluğunu ifadə etməsini şərh edərkən bildirib.

Xatırladaq ki, Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən Azərbaycanla sülh müqaviləsinin çox yaxın olduğunu və təkcə sülh müqaviləsinin deyil, həm də İrəvanla Bakı arasında strateji sazişin imzalanmasının zəruriliyini bəyan etmişdi. Bu isə Ermənistandakı bir çox revanşist qüvvələri narahat etməyə başlayıb. Çünki Azərbaycan və Ermənistan arasında normal münasibətlərin bərpa olunması onların gündəlikdən çıxması ilə nəticələnəcək.

Herbiand.az

Seçilən
25
herbiand.az

1Mənbələr