AZ

Şuşa hotellərinin - ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB

Şuşa hotelləri bu ilin 9 ayı ərzində 7 milyon 720,7 min manat xərcə qarşı cəmi 4 milyon 727,7 min manat gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da gəlirlərin xərclərdən 2 dəfə az olması nəticəsində hotellərin 2 milyon 993, milyon manat zərər etmələri ilə nəticələnib.

Son bir illə müqayisədə gəlirlər 1 milyon 728,2 min manat və ya 57,6%, xərclər 4 milyon 49,5 min manat və ya 2,1 dəfə, zərər isə 2 milyon 321,3min manat və ya 4,5 dəfə artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Şuşa hotelləri cəmi 671,7 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi  gəlirlər 2 milyon 999,5 min manat, xərclər isə 3 milyon 671,2 min manat idi.

Seçilən
43
fed.az

1Mənbələr