AZ

Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”

“İran Prezidenti Məsud Pezeşkianın COP29 iqlim sammitində iştirak etmək üçün Azərbaycana planlaşdırılmış səfərindən imtina etməsinə səbəb kimi bir neçə amil göstərilir. İranın rəsmi mənbələri bildirir ki, Pezeşkianın Bakıya gəlməməsi İsrail nümayəndə heyətinin sammitdə yüksək səviyyədə iştirak etməsi ilə bağlıdır. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakına görə Pezeşkianın Bakıya gəlmədiyini açıqladı. Halbuki əvvəldən də elan edildiyi kimi, İsrail Prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, COP28-də olduğu kimi, İran prezidentinin məhz İsrail nümayəndə heyətinə görə tədbirə qatılmaması üçün əsas yox idi:

“Məhz buna görə səfərin baş tutmaması ilə bağlı digər ciddi məqamlar da diqqət çəkməkdədir. Ümumiyyətlə, Pezeşkianın COP29 zirvəsinə qatılmaması üçün İranın mühafizəkar dairələrindən güclü təzyiqlər var idi və hətta bu özünü həmin qanada yaxınlığı ilə seçilən media orqanlarında yayımlanan məqalələr və açıqlamalardan da aydın şəkildə göstərirdi. İranın ali rəhbərinin nümayəndəsi Hüseyn Şəriətmədari Pezeşkianın Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbirdə iştirakını “İranın maraqlarına və nüfuzuna zərər verəcək bir tələ” kimi xarakterizə edərək onun səfərdən çəkinməsini tələb etmişdi”.

Vüqar Zifəroğlu

Politoloq qeyd edib ki, bu təzyiqlər əsasən iki faktordan qaynaqlanır:

“İsrailin COP29 zirvəsində iştirak etməsi və Azərbaycanın regiondakı son geosiyasi dəyişikliklərdəki mövqeyi.

İranın bəzi mühafizəkarları Azərbaycanın Qafqazda yürütdüyü müstəqil siyasətlə razılaşa bilmirlər və regionda yaranmış yeni geosiyasi reallığı qəbul etməməkdə israrlıdırlar.

Başqa bir məqam isə İranın fosil yanacaqlara əsaslanan iqtisadiyyatını dayanıqlı enerji mənbələrinə keçirməyə dair BMT-nin tələbləri barədə ciddi narahatlığıdır. Bu dəyişikliklərin ölkənin iqtisadiyyatına ciddi maliyyə yükü gətirəcəyi bildirilir və İran maksimum dərəcədə bu tələbə müqavimət göstərməkdədir”.

Seçilən
51
turkustan.az

1Mənbələr