AZ

IRENA-nın baş direktoru: "APRECA proqramı region ölkələrinə böyük fürsət təqdim edir"

"Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) proqramı region ölkələrinə böyük fürsət təqdim edir.

"Report" xəbər verir ki, bunu proqramın təsisçisi olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Camera noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

“Mərkəzi Asiya 21-ci əsr iqtisadiyyatının ön sıralarında mövqe tutmaq və sürətlə dəyişən enerji mənzərəsində özünü gələcəyə hazırlamaq üçün həm bərpa olunan enerji, həm də kritik mineral resurs potensialına malikdir”, - deyə o qeyd edib.

Qonağın sözlərinə görə, APRECA regionun potensialının səfərbər edilməsi məqsədilə hərtərəfli, ölkələrin rəhbərlik etdiyi, ambisiya, planlaşdırma və icranı birləşdirən mühüm fürsətdir.

Seçilən
56
5
report.az

6Mənbələr