Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında döyüşdən əvvəl çəki və üz-üzə mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir qalmaqalla nəticələnib. Boksçular üz-üzə dayandığı anda Tayson rəqibinə bir sillə ilişdirib. Nəticədə səhnədə ara qarışıb və onları güclə sakitləşdiriblər.
Ceyk rəqibinə hədə-qorxu gəlib:
“Bu, artıq şəxsi məsələyə çevrilib. O, ölməlidir”.
Qeyd edək ki, Tayson çəki mərasimində daha ağır olub. O, 103,41 kq, Pol isə 102,96 kq olub. Boksçuların döyüşü noyabrın 16-da keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta