AZ

Qırğızıstan Azərbaycanın yaşıl təşəbbüslərini dəstəkləməyə hazırdır

Qırğızıstan Azərbaycan tərəfinin yaşıl enerji dəhlizlərin yaradılması, təmiz enerji saxlama zonaları və texnologiyaları, iqlim maliyyəsi sahəsində təşəbbüslərini dəstəkləməyə hazırdır.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində təşkil edilən Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda Qırğızıstan Respublikasının energetika naziri Taalaibek Ibraev bildirib.

İnanırıq ki, bərpa olunan enerji layihələrinin birgə işə salınması ilə Qırğızıstanda və regionda ekoloji cəhətdən təmiz enerji istehsalı nəzərə alınmaqla su ehtiyatlarından daha səmərəli istifadə və idarə olunmasına nail olmaq mümkündür. Bu, təkcə ölkəmizin deyil, digər region ölkələrinin də enerji, ekoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə kömək edəcək”, - nazir qeyd edib.

Taalaibek Ibraev energetika nazirlərini, beynəlxalq ictimaiyyətin nümayəndələrini və tədbir iştirakçılarını Mərkəzi Asiya çaylarının mənbələrində yerləşən "Kambarata -1" Su Elektrik Stansiyasının tikintisi layihəyəsinə qoşulmağa çağırıb. Bu layihənin unikallığı Dünya Bankının dəstəyi ilə hər üç dövlətin (Qazaxıstan, Qırğızıstan və Özbəkistan) səylərinin yaxşı əlaqələndirilmiş konsolidasiyası ilə müəyyən edilir.

“Əminəm ki, yalnız yaşıl gündəm ətrafında əlaqələndirilmiş hərəkətlər hamıya - hökumətlər, özəl sektor və beynəlxalq maliyyə institutları arasında tərəfdaşlıq layihələrini inkişaf etdirməyə və gücləndirməyə imkan verəcək”, - Taalaibek Ibraev vurğulayıb.

Seçilən
61
apa.az

1Mənbələr