AZ

ABŞ-da 4 aylıq körpə kokaindən zəhərlənərək ölüb- ÖZƏL

ABŞ-nin Nyu-York şəhərində dörd aylıq körpə kokaindən kəskin zəhərlənərək ölüb. 

Olaylar.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, faciə Bronks rayonunda baş verib.

Polis hadisə yerinə gələrək huşsuz vəziyyətdə olan Ariel Qonzales adlı körpəni aşkarlayıb. Körpə həyat əlamətləri göstərmədiyi üçün dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər körpəni xilas edə bilməyib, lakin onun bədənində hər hansı bir travma izinə rast gəlinməyib. Bu səbəbdən məhkəmə-tibb ekspertizası aparılıb və ölümün səbəbi kimi kokaindən intoksikasiya müəyyən edilib.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Hadisə qətl kimi qiymətləndirilib, lakin hələlik şübhəli şəxslər yoxdur və saxlanılma qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr