AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - VİDEO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ağacəkmə aksiyaları davam etdirilir.  

"Unikal" xəbər verir ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 446-469-cu, həmçinin 481-ci km-lik hissələrində 7100 ədəd eldar şamı, qızılgül və həmişəyaşıl kol bitkiləri, R-8 Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində isə 2000 eldar şamı və digər növ ağaclar əkilib. 

Agacəkmə aksiyaları respublikanın digər magistral avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Aksiyalar çərçivəsində eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 68 383 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Əkilən ağacların böyük hissəsi Agentliyin tinglik sahələrində yetişdirilib. Sözügedən tinglik sahələrində 136 750 ədəd ağac və kol bitkisi yetişdirilir.

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 640 698 ədəd çoxillik ağac mövcuddur. 

Seçilən
47
2
unikal.az

4Mənbələr