AZ

İki məşhur efirdə kövrəldi

Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırov "Xəzər axşamı" verilişində kövrəliblər. 

Missiya.Az xəbər verir ki, Vasif proqramda həmkarı ilə bağlı bunları deyib və göz yaşlarını saxlaya bilməyib:

"İzzət efirlərə çıxanda mən televiziyanın yolu haradandır bilmirdim. Onun bu sənətdə bəlli bir xidməti var. Uşaq yaşlarından - 15 yaşından bu sənətin ətəyindən tutub və onunla davam edib. Hər şeyi Allahdan istəyib. Bu yaxınlarda söhbət edirdik, İzzət dedi: "Vasif, Allah buyurub ki, "Sənin gözlədiyin yox, gözləmədiyin qapıdan ruzini göndərəcəyəm". İzzətin də ruzisini Allah gözləmədiyi yerdən göndərdi. Allah sonumuzu hər zaman yaxşı eləsin. Qəlblərdən Allah şahiddir. Mən də onun ətəyindən yapışmışam, hər şeyi Allaha həvalə etmişəm".

Onun bu sözlərindən sonra İzzət də kövrəlib və həmkarının göz yaşlarına "Bərabər xatirlərimiz çoxdur, Vasif başqa şeyə ağlayır" cavabını verib.

Vasif Məhərrəmli əlavə edib: "İzzətin xoş gününə o qədər sevinirəm ki.."

Zərintac MayisqızıMissiya.Az

Seçilən
4
7
missiya.az

8Mənbələr