"Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi kimi, bu gün də növbəti beynəlxalq tədbiri ölkəmizdə keçirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Artıq bir sıra dövlətlərin başçıları Azərbaycana gəliblər. Hətta ölkə başçısı liderlərin bir çoxunu qəbul edib və onlarla fikir mübadiləsi aparıb. Növbəti günlərdə də liderlərin və siyasətçilərin gəlməsi davam edəcək. Bir sözlə, COP29 öz axarı ilə uğurla davam edir. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin növbəti uğurudur və ölkəmizə olan etimadı artırır. Azərbaycanın reytinqi getdikcə daha da artır. Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan çalışır ki, dünyanı narahat edən mövzulara öz töhfəsini versin. Şübhəsiz ki, Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31