AZ

Bu yaşda alkoqoldan imtina etməlisiz, əks halda… – Açıqlama

Alzheimer xəstəliyi riskini azaltmaq məqsədi ilə spirtli içkilərdən imtina etmək üçün tələb olunan yaş müəyyən edilib.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə amerikalı nevroloq və demensiya üzrə mütəxəssis Riçard Restak məlumat verir.

O, qocalıq demensiyasının inkişafının qarşısını almaq üçün 65 yaşında spirt içməyi tamamilə dayandırmağı tövsiyə edib. “Mən şiddətlə tövsiyə edirəm ki, əgər 65 və ya daha yuxarısınızsa, spirtli içkiləri pəhrizinizdən tamamilə və daimi olaraq çıxarın”, – deyə həkim bildirib.

Restak izah edib ki, alkoqol zəif olsa da, hələ də sinir hüceyrələri üçün zərərli olan neyrotoksindir, ona görə də kritik olduğu yaşlarda onu içməkdən çəkinmək son dərəcə vacibdir.

O bildirib ki, bir neçə həftə ərzində hətta bir və ya iki içki belə beyində sinir hüceyrələrinin yaşla bağlı zədələnməsini sürətləndirir və 65 yaşdan sonra demensiya riski 5 dəfə artır. Həmçinin, hər beş ildən bir artmaqda davam edir.

Restak vurğulayıb ki, alkoqoldan uzaq durmaq yaddaşı qorumağa, yeni tapşırıqları öyrənməyə davam etməyə kömək edəcək və demansın qarşısının alınması üçün vacib olan konsentrasiya çətinliyinin qarşısını alacaq.

Seçilən
51
medianews.az

1Mənbələr