K.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirib: “Bu gün dünyaya demokratiya dərsi keçmək iddiasında olan Fransa və Niderland kimi dövlətlərin hələ də müstəmləkəsində qalan ölkələr hazırda iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər sırasındadır. Həm də bu fəsadlar təkcə təbii proseslər nəticəsində deyil, həm də neokolonializmi təşviq edən dövlətlərin müstəmləkə ərazilərində dağıdıcı fəaliyyətləri ilə bağlı yaranır. Öz çıxışında dövlətimizin başçısı bu fəlakətlərə səbəb olan dövlətlərin həyata keçirdikləri siyasəti qətiyyətlə ifşa etdi. Fransa və Niderlandın öz müstəmləkə ərazilərində uzun illər boyunca apardıqları yüzlərlə nüvə sınaqları səbəbindən ətraf mühitin ciddi şəkildə ziyan görməsini vurğulayan cənab Prezident həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə bu ölkələrin məsuliyyət daşıdıqlarını birmənlı şəkildə bəyan etdi. Cənab Prezident İlham Əliyev Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinə çəkərək, Makron rejiminin bu il Yeni Kaledoniyada kanakların legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyduğunu, 169 nəfəri yaraladığını və 1700 insanı həbs etdiyini xatırlatdı. Bütün bunlara baxmayaraq, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurasının Parlament Assambleyası tərəfindən pisləndi. Bu, da o deməkdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Azərbaycan isə kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcəkdir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta