AZ

Ahıska türklərinin deportasiyası bəşəri cinayətdir

Noyabrın 14-də Tbilisidə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Dünya Ahıska Türkləri Birliyinin (DATüB) təşkil etdiyi tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər.

DATüB-in Gürcüstan təmsilçisi Murat Binaliyev çıxış edərək bildirilib ki, 1944-cü il noyabrın 14-də keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska türkləri sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya deportasiya olunublar. Deportasiya İosif Stalinin birbaşa əmri əsasında həyata keçirilib. Həmin vaxtlarda Gürcüstanda 212 kənddə yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi Asiya respublikalarına sürgün ediliblər.

Tədbirdə DATüB-in baş katibi Ziyəddin Kassanov, sürgünlük həyatı yaşamış Altun xanım və başqaları çıxış edərək Ahıska türklərinin hazırkı durumu və sayı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu gün sayı 600 mindən çox olan Ahıska türkləri dünyanın 9 ölkəsində məskunlaşıblar. Onların 100 mini Azərbaycanda yaşayır.

XQ

Seçilən
46
2
xalqqazeti.az

3Mənbələr