AZ

Azərbaycan xalqı tərəfindən çox mehribanlıqla qarşılandıq - Kamerun rəsmisi

Bakı. Trend:

Azərbaycanı və ya Bakını eşidəndə fikirləşirdilər ki, bura kiçikbir ölkədir, amma buraya çatanda görürsən ki, inkişaf etmişölkədir.

Trend xəbərverir ki, bu sözləri Kamerun Meşə Təsərrüfatı NazirliyininƏməkdaşlıq Departamentinin rəhbəri Adama Haman deyib.

O, Bakıda azərbaycanlılar tərəfindən çox mehribanlıqlaqarşılandığını bildirib və COP29-dan gözləntilərini bölüşüb:

"Bircə onu deyim ki, biz Azərbaycan xalqı tərəfindən çoxmehribanlıqla qarşılandıq. Hər şey qaydasında gedir. İqlimməsələləri ilə bağlı maliyyə istiqamətində bəzi əsas qərarlar var.Lakin uyğunlaşma ilə bağlı da bir şeyin olmasını gözləyirik.İnsanların qarşılaşacağı əsas çətinliklər ondan ibarət idi ki,onlayn sifariş və onlayn ödəniş həqiqətən çox çətin idi. Lakinburada könüllülər çox istiqanlılıq nümayiş etdirərək bizə köməkedirlər. Azərbaycanı və ya Bakını eşidəndə fikirləşirdilər ki, burakiçik bir ölkədir, amma buraya çatanda görürsən ki, inkişaf etmişölkədir. Buna görə də təbrikimi bildirmək istəyirəm.

Hələ Bakını çox gəzmək fürsətim olmayıb, amma ilk imkandaburanın xüsusən də tarixi yerlərinə səfər edəcəyəm".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
51
az.trend.az

1Mənbələr