AZ

Azərbaycanda 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manat vergi daxil olub. Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 % azdır.

10 aylıq vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur

www.anews.az
Seçilən
42
14
anews.az

10Mənbələr