AZ

Paşinyan saqqalını qırxmaqla demək istədi ki… – Tanınmış siyasətçi

Ermənistanın baş naziri Nikol Paşinyan uzun illərdir ona yoldaşlıq edən saqqalını qırxaraq, bu anı öz Facebook səhifəsində paylaşıb.
Paşinyanın üzünü tamamilə təraş edib paylaşdığı bu video cəmiyyətdə müəyyən maraq doğurub. Ancaq onun bu jestlə hansı mesajı vermək istədiyi dəqiq bilinmir.
Tribunainfo.az-a danışan siyasi ekspert Fuad Əliyev bildirir ki, istər saqqallı, istər saqqalsız Paşinyan olsun, hökumət başçısı ölkəsini xilas üçün sülh sənədi imzalamalıdır. Ekspert Paşinyan üzünü təraş etməsində subliminal mesaj olduğunu da istisna etmir. Onun fikrincə, bununla erməni baş nazir daha disiplinli, intizamlı olacağına işarə edib: “Yəni özü haqda yaratmaq istədiyi demokrat obrazı alınmadı. İndi anlayır ki, bu görkəmdə qəbul edilməlidir. Görünür, Paşinyan parlament idarəçiliyini ləğv edərək prezidentliyə hazırlaşır və sərt idarəetmə modelinə keçid niyyətindədir. Bütün hallarda, bizi maraqlandıran odur ki, bu adam ərazi iddialarını öz ölkəsinin qanunverici aktlarından çıxarsın və sülhə imza atsın”.

Roman

Seçilən
41
10
tribunainfo.az

10Mənbələr