AZ

Dünyanın ən çox satılan avtomobilləri - YENİ SİYAHI

2024-cü ilinin üçüncü rübündə dünya miqyasında ən çox satılan avtomobil markalarının adı məlum olub.

Hit.az xəbər verir ki, iyun-sentyabr aylarında dünyada 22 milyon avtomobil satılıb.

"Toyota" 2,74 milyon ədəd satışla yenə də zirvədə yer alıb. Ancaq bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır. "Volkswagen" 2,18 milyon ədəd satışla ikinci yerdə qərarlaşıb. Onun da satışları 7,1 faiz azalıb. "Hyundai" satışları isə ötən illə müqayisədə 2,6 faiz azalsa da, 1,78 milyon ədəd satışla üçüncü yeri tutub. 

Ən maraqlı məqam isə Çinin 2 nəhəng avtomobil istehsalçısı "BYD" və "Geely" ilk onluqda yer alıb. "Suzuki" brendi isə siyahıdan kənarda qalıb.

Cari ilin üçüncü rübündə qlobal miqyasda ən çox satılan 10 avtomobil markasının siyahısı isə belədir:

1. "Toyota" - 2.736.904 ədəd
2. "Volkswagen" - 2.176.363 ədəd
3. "Hyundai" - 1.777.300 ədəd
4. "Stellantis" - 1.174.000 ədəd
5. "General Motors" - 1.147.000 ədəd
6. "BYD" - 1.134.892 ədəd
7. "Ford" - 1.095.000 ədəd
8. "Honda" - 910.000 ədəd
9. "Geely" - 811.797 ədəd
10. "Nissan" - 809.000 ədəd. 

Pərviz

Seçilən
47
16
hit.az

10Mənbələr