2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 167 milyon manat təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur.
10 aylıq daxilolmaların 126,4 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,9% çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun builki büdcəsi 238 milyon milyard manatdır. Bunun da yenidən baxılma ilə 184,7 milyon manatı işsizlikdən sığorta haqlarının hesabına formalaşdırılmalıdır. Hesabat dövründə həmin məbləğin təxminən 90%-i yığılıb.