AZ

Odessaya kütləvi raket hücumu: tələfat və dağıntılar var

Odessa Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb. Şəhərdə yanğınlar başlanıb, magistral istilik kəməri zədələnib.

Odessa Polis İdarəsinin rəisi Oleq Kiper bildirib ki, qurbanlar arasında 9 yaşlı uşaq da var, o, xəstəxanada orta ağır vəziyyətdədir. 22 yaşlı gənc də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qalanların vəziyyəti orta ağırdır. Yenilənmiş məlumatlara görə, Odessanın mərkəzində yaşayış binası dağılıb.

Mənzillər yanıb, hündürmərtəbəli binalara və avtomobillərə ziyan dəyib, dövlət müəssisəsinin və ikimərtəbəli binanın ərazisində də yanğın baş verib.

Magistral istilik kəmərinin zədələnməsi səbəbindən 220 çoxmənzilli yaşayış binası (40 min nəfər), 7 uşaq bağçası, 4 məktəb istiliksiz qalıb. Qazanxana həm də şəhərin doğum evlərindən birinə xidmət edir. Burada hazırda 28 qadın və 22 körpə qalır. Lakin müəssisədə kondisionerlər, qızdırıcılar, güclü generator və kifayət qədər yanacaq ehtiyatı var, – məlumatda belə deyilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr