"Real Madrid"in mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayıracağı iddia edilib. Metbuat.az xəbər verir ki, İspaniya mediası Ançelottinin yerinə gələcək məşqçinin adını irəli sürüb. “Eurosport İspaniya”nın xəbərinə görə, “Real” Ançelottinin yerinə Xabi Alonsonu gətirəcək. Xabi Alonsonun “Bayer Leverkuzen”lə 2026-cı ilə qədər müqaviləsi olsa da, ispan çalışdırıcının mövsümün sonunda Almaniya klubunu tərk etmək qərarına gəldiyi vurğulanıb. Xəbərdə Xabi Alonsonun digər variantının “Bavariya” olduğu qeyd edilib. Bildirilib ki, Vinsent Kompaninin performansı uğurlu olmasa, “Bavariya”nın ilk hədəfi Xabi Alonso olacaq.