AZ

Kennedi söz verdi – ABŞ-də xroniki xəstəliklrə son qoyulacaq

Robert Kennedi xroniki xəstəliklərin epidemiyasına son qoyacağını və səhiyyədə korrupsiyanın kökünü kəsəcəyini vəd edib.

KONKRET.az xəbər verir ki, bundan əvvəl  Donald Tramp yeni administrasiyasında səhiyyə naziri vəzifəsinə  Kennedinin  namizədliyini irəli sürüb. “Bizim xroniki xəstəlik epidemiyasına son qoymaq üçün elm, tibb, sənaye və hökumətin ən böyük ağıllarını bir araya gətirmək imkanımız var”. Kennedi bunu “X”sosial şəbəkə  hesabında yazıb.

Bundan əvvəl Trampın Şimali Dakota ştatının qubernatoru Duq Burqumu daxili işlər naziri vəzifəsinə namizəd kimi irəli sürəcəyi bildirilirdi . O, həmçinin vəkillərini ABŞ Ədliyyə Nazirliyində əsas vəzifələrə göndərmək qərarına gəlib .

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
45
konkret.az

1Mənbələr