AZ

Narıncı xurma – uzaqda durma

Bütün bölgələrimizdə yetişən yapon xurması (bəzi bölgələrdə, xirnik, karalyok deyilir) uzun ömür mənbəyidir. Xurmanın bir çox faydaları var. O, maqnezium, kalium, dəmir, fosfor, yod , A, C, P vitaminləri, qlükoza və saxaroza ilə zəngindir.

Yaponiyada çox baha olan bu xurma 100 xəstəliyin çarəsi hesab edilir.

Xurmanın əsas faydalarından danışarkən qeyd etməliyik ki, xurma hər şeydən əvvəl ürək əzələsini bərkidir, soyuqlama zamanı ağ ciyərləri, bronxları təmizləyir. Bundan başqa xurma yemək böyrəkləri təmizləyir, çünki o həm də sidikqovucudur. Hormonal balansı tənzimləyir, bağırsağın fəaliyyətini nizama salır, beyni gücləndirir, bədəni cavanlaşdırır, dərini yaxşılaşdırır.

Xurmanı təzyiqi yüksək olanlar və ürək xəstələri istifadə edə bilər. Amma gündə 2 ədəddən artıq yemək düzgün hesab edilmir, çünki xurmanın büzücü xassəsi var, mədədə toplanıb qala, bağırsaq keçməzliyi yarada bilər.

Z.HÜSEYNLİ
XQ

Seçilən
41
xalqqazeti.az

1Mənbələr