AZ

“Bolt”dan FIRILDAQ: Müştərinin bank kartından...

 Gün ərzində bir neçə dəfə taksi xidmətlərinə müraciət etməli oluruq. Lakin heç də həmişə taksi şirkətlərinin xidmətindən razı qalmırıq.

Son zamanlar taksi şirkətlərinin xədmətləruindən narazılıqlar artır. Bakıvaxtı.az-ın məlumatına görə, belə narazılıqdan birini jurnalist Elvin Paşazadə öz sosial şəbəkəsində bölüşüb:

"Sifariş verirsən, ünvana çatanda görürsən ki, iki dəfə gediş haqqı çıxılıb. Cavab olaraq bildirilir ki, bank etibarlılığı yoxlanır. Siz hüquq-mühafizə orqanısız?

Əgər gün ərzində 10 min insan sizin xidmətdə istifadə edirsə, demək sizdə bir o qədər cibə girirsiniz. COP29 ərəfəsində ölkənin adına ləkəsən, BOLT"- deyə həmkarımız qeyd edib.

Elməddin Muradlı: Belə hal olubsa, bu, maxinasiyadır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, qanunsuz hərəkətdir:

"Bir xidmət üçün iki dəfə pul çıxmaq qanunsuz bir hərəkətdir. Gün ərzində bir insandan 2 dəfə eyni məbləği çıxmaqla 50-100 min manatlıq dövriyyə edirlər. Bunun da 14 gün ərzində bankdakı faizini hesablayanda, böyük məbləğ olur".

E.Muradlı qeyd edib ki, bu, ciddi bir məsələdir, araşdırmaq lazımdır:

“Digər proqramlara bank etibarlılığı lazım olmadı, bir “Bolt”a lazım oldu? Bu, düzgün deyil, bəlkə bu hal təsadüfi baş verib, bəlkə daha yoxdur, ancaq varsa, bu, maxinasiyadır.

Aslan Əsədov: İnsanlar kibertəhlükəsizliyə qarşı ayıq olmalıdırlar

Nəqliyyat eksperti Aslan Əsədov da Bakıvaxtı.az-a bildirib ki, daxili daşıyıcı şirkətlərin qanun və qaydalara riayət etmələri birmənalı olmalıdır. Yəni hər bir şəxs “Yol hərəkəti haqqında” qanuna və qanunvericiliyinə uyğun hərəkət etməlidir.

"Kibertəhlükəsizliyə qarşı insanlar ayıq olmalıdırlar. Öz fikir və iradlarını açıq şəkildə bildirməlidirlər", - deyə Aslan Əsədov bildirib.

Məsələ ilə bağlı "Bolt" şirkətinin səfər sifarişi xidməti üzrə koordinatoru Toğrul Oruclu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Bolt” şirkəti tərəfindən təqdim olunan taksi xidmətindən istifadə edərkən iki cür ödəniş üsulu mövcuddur: nağd və bank kartı vasitəsilə. Bank kartı ilə ödəniş seçildikdə, kartın etibarlılığını yoxlamaq və kartdan və məlumatlardan saxta istifadə hallarını minimuma endirmək məqsədilə kartın doğrulanması tələb oluna bilər:

"Bu halda, sifariş edilərkən səfər üzrə qeyd olunan məbləğ əvvəlcədən bank kartından silinə bilər. Bu proses bank hesabında məbləğin müvəqqəti rezervasiyası ilə nəticələnir. Əgər səfər uğurla başa çatarsa, məbləğ növbəti mərhələ olaraq şirkətin hesabına köçürülür. Lakin, səfər ləğv edilərsə - sürücü və ya sərnişin tərəfindən - məbləğ müştəriyə rezervasiyadan geri qaytarılır. Əgər müştəriyə geri qaytarılmasında problem yaranarsa, daha dəqiq desək, qanuna əsasən göstərilən 14 gün ərzində hesaba köçürülməzsə, müştəriyə banka müraciət etmək tövsiyə olunur".

T.Oruclu onu da vurğulayıb ki, “Bolt” şirkəti tərəfindən qiymət prosedurlarında heç bir dəyişiklik baş verməyib və bir səfər üzrə gediş haqqının iki dəfə çıxılması mümkün deyil.

Nuriyyə Musayeva

Seçilən
53
bakivaxti.az

1Mənbələr