AZ

AKB vakansiya - ELAN EDİR - TƏLƏBLƏR

Azərbaycan Kredit Bürosu Aparıcı Frontend Developer vakansiyası elan edir

FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.

AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşma departamentinə Aparıcı Frontend Developer axtarılır.

Vakansiya haqqında:

  • Vəzifə: Aparıcı Frontend Developer
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • Müraciət üçün son tarix: 30.11.2024

Əsas vəzifə və öhdəliklər:

  • Yeni funksiyaların layihələndirilməsi və komanda ilə əməkdaşlıq.
  • Sınaqdan keçirilə bilən və təkrar istifadə edilə bilən kodların yazılması.
  • Kod təhlillərində iştirak və komanda üzvlərinə konstruktiv rəy bildirilməsi.
  • Proqram təminatında yaranan çatışmazlıqların qısa müddətdə aradan qaldırılması.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Proqramlaşdırma dilləri: JavaScript (ECMAScript 6), TypeScript, Vue, Nuxt.js, HTML/CSS.
  • Alətlər və texnologiyalar: GIT, Node.js, NPM, Webpack, Rollup, Vite; Docker və Kubernetes üzrə əsas biliklər; GitLab.
  • Dizayn və UI: Tailwind CSS və Figma ilə iş təcrübəsi.

Tələb olunan bacarıqlar:

  • Vue və Nuxt.js istifadə edərək responsiv frontend kod yazmaq.
  • Fərdi UI komponentləri yazmaq və mövcud UI kitabxanaları ilə işləmək.
  • Kod optimizasiyası və web performansının yaxşılaşdırılması.
  • Test və debugging bacarıqları.
  • Agile metodologiyası və Jira təcrübəsi.
  • Tələblərin analiz edilməsi və uyğun test hallarının hazırlanması.

Üstünlük verilən əlavə bilik və bacarıqlar:

  • React ilə iş təcrübəsi.
  • Frontend testləri üzrə təcrübə (Cypress, Jest, Vue Test Utils, React Testing Library).

Digər bacarıqlar:

  • Peşəkarlıq və məsuliyyətlilik.
  • Vaxtın idarə edilməsi.
  • Dinamik komandada işləmə bacarığı.
  • Təşəbbüskarlıq və problemi həll etmə.

Müraciət üçün: CV-nizi “Aparıcı Frontend Developer” başlığı ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

Seçilən
20
fed.az

1Mənbələr