AZ

COP for Hope: "Mastercard" COP29 çərçivəsində tərəfdaşlıq sazişlərinin imzanlanması imkanlarını araşdırır - Avşar Gürdal (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz “Mastercard”ın Azərbaycan vəTürkiyə üzrə Baş direktoru Avşar Gürdaldır.

Avşar Gürdal Trend-ə özəlmüsahibəsində vurğulayıb ki, “Mastercard” COP29 çərçivəsindətərəfdaşlıq sazişlərinin bağlanması imkanlarını fəal şəkildəaraşdırır.

“COP29 çərçivəsində "Mastercard" Azərbaycanda ekolojiməlumatlılığın artırılmasına, korporativ və vətəndaş məsuliyyətinətöhfə verən təşəbbüslərə fokuslanır. Bizim ESG-yə yönəlmişemitentlər və satıcılarla bir neçə tərəfdaşlığımız mövcuddur, ocümlədən, “Sustainability Sandbox Hackathon” - iqlim dəyişikliyiilə mübarizəyə yönəlmiş, innovativ və dayanıqlı həlləri təşviq edənhəllər yaratmaq üçün fintex startaplarına təklif edilən virtualmüsabiqə bu qəbildəndir”, - deyə baş direktor bildirib.

Onun sözlərinə görə, “Mastercard” “Rabitabank” ilə tərəfdaşlıqdaistehlakçılara karbon izlərini izləmək və idarə etməkdə köməkedəcək “Carbon Calculator” alətini istifadəyə verib.

“Bu alət insanlara ətraf mühitə təsirləri ilə bağlı düşünülmüşseçimlər etməyə kömək etmək üçün nəzərdə tutulub. Biz, həmçinin,ABB və “Apar” şirkətləri ilə əməkdaşlıq edirik, bu şirkətlər şəhərərazilərində ekoloji cəhətdən təmiz pedallı və elektrikvelosipedlərini tətbiq edir. Bu təşəbbüslərin məqsədi karbon qazıemissiyalarının azaldılmasının vacibliyi barədə məlumatlılığıartırmaq və insanları daha ekoloji təmiz nəqliyyat növlərindənistifadə etməyə təşviq etməkdir.

“Mastercard” bu təşəbbüsü maliyyə korporativ təsiri baxımındandəstəkləyir. Eyni zamanda, “Baku Taxi” ilə əməkdaşlıq edərək,“Mastercard” ilə edilən ödənişlərdə endirimlər vasitəsilə hibridtaksiləri təşviq edirik, bununla da emissiyaların azaldılmasına vədaha ekoloji təmiz nəqliyyat seçimlərinin təmin edilməsinə töhfəveririk”, - deyə A.Gürdal qeyd edib.

Baş direktor COP29 çərçivəsində mümkün tərəfdaşlıq sazişləri iləbağlı suala cavab olaraq bildirib ki, “Mastercard” buperspektivləri fəal şəkildə araşdırır.

“Rabitabank” ilə tərəfdaşlığımız istehlakçılara təbiiresurslardan rasional istifadə üçün praktik alətlər təqdim etməksəylərimizin əsas nümunəsidir. Eyni şəkildə ABB və “Apar” ilətərəfdaşlığımız da bu istiqamətdə əhəmiyyətlidir. Bu cür əməkdaşlıqtəkcə maliyyə deyil, həm də ekologiya problemlərinin həlli üçünkollektiv yanaşmanın formalaşdırılmasında təsirimizin artırılmasıüçün mühüm əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.

A.Gürdal qeyd edib ki, “Mastercard”ın karbon izinin azaldılmasıvə ətraf mühitə qarşı məsuliyyətli yanaşmanı dəstəkləmək üçün aydınfəaliyyət planı mövcuddur.

“2040-cı ilə qədər sıfır karbon emissiyasına nail olmağıhədəfləyirik. Bu planın əsas komponentlərindən biri, 2028-ci iləqədər bütün ödəniş kartlarında PVC plastikdən istifadənin mərhələlişəkildə dayandırılmasını nəzərdə tutan “Sustainable Card pledge”təşəbbüsüdür. Biz Azərbaycandakı yerli bankları artıq 2026-cı ildə“Mastercard” kartları xəttində PVC plastikdən istifadədən imtinaetmək öhdəliyini götürməyə çağırırıq.

Azərbaycanda bir neçə bank artıq bu təşəbbüsə qoşulub vədayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir. Buplan plastik tullantıların azaldılması və maliyyə sektorundaekoloji cəhətdən məsuliyyətli təcrübələrin təşviqi istiqamətindəəhəmiyyətli irəliləyiş əldə etmək məqsədimizi əks etdirir”, - deyəbaş direktor bildirib.

Onun sözlərinə görə, COP29 konfransı hər kəs üçün mühüməhəmiyyət kəsb edir.

“Bu konfrans iqlim dəyişiklikləri probleminin həlli və dayanıqlıinkişaf yolunda irəliləyişin sürətləndirilməsi üçün qlobalplatforma rolunu oynayır. “Mastercard” üçün bu, dayanıqlıtəcrübələrin təşviqi və azkarbonlu iqtisadiyyata keçidindəstəklənməsi üzrə öhdəliklərimizə uyğundur.

Biz insanları və təşkilatları ətraf mühitə təsirləri haqqındadüşünməyə və məsuliyyətli seçimlər etməyə ilhamlandırmağı ümidedirik. Uzunmüddətli perspektivdə biz bütün sahə miqyasındadəyişiklikləri təşviq etmək və iqtisadiyyat, cəmiyyət və ətrafmühit üçün faydalı olan innovativ həlləri tətbiq etmək istəyirik”,- deyə A.Gürdal yekunlaşdırıb.

Məqalədə:
Seçilən
72
3
az.trend.az

4Mənbələr