AZ

İranda silahlı qarşıdurma: 7 nəfər öldürüldü

SEPAH-ın Qüds qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində silahlı qruplaşmalara qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə SEPAH Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.

Məlumata görə, silahlı qruplaşmanın 4 üzvü öldürülüb, 6 nəfəri isə həbs edilib. Onlardan silah və sursat götürülüb.

3 SEPAH hərbçisi də əməliyyat zamanı ölüb.

Etnik bəlucların silahlı təşkilatı olan "Ceyş əl-Ədl" yaydığı bəyanatda atışma zamanı SEPAH-ın mülki şəxsləri də hədəf aldığını bildirib.
Seçilən
32
4
sherg.az

5Mənbələr