AZ

Şanlı Qələbəmiz bizim tarixi nailiyyətmizdir ŞƏRH

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışındandan sonraxalqa müraciətində mühüm məqamlara toxunub, Vətən müharibəsində ordumuzun göstərdiyi yüksək şücaət və fədakarlıqdan geniş bəhs edib, ciddi mesajlar verib.

Ölkə başçısı Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi təbrik edib. Hər zaman olduğu kimi şəhidlərimizin əziz xatirəsinin yüksək tutulacağını bildirən Müzəffər Ali Baş Komandan şəhidlərimizin və bütün günahsız qurbanların qisası, qanı döyüş meydanında alındığını qeyd edib.

Prezident , Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi İlə rəşadətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində ancaq irəli gedərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Şuşa əməliyyatı, şəhərin işgaldan azad edilməsi demək olar ki, düşmənin belini qırdı. Nəticədə 2020-ci ilin 10 noyabr tarixində düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq torpaqlarımızın otuz il ərzində işğal altında olmasına baxmayaraq, Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin bu işğalla heç vaxt barışmadığını vurğulyıb.

Prezident İlham Əliyev çıxışında Erməni vəhşiliyinə , vandalizminə toxunub,düşmənin 30 il ərzində işgal etdikləri torpaqlarda törətdikləri vəhgşiliklərdən bəhs edib. Ölkə başçısıqeyd edib ki, “Ermənistanın qərbdəki bəzi havadarları bu ölkədən “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu otuz il işğal olmayıb, dağıntılar olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbrlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Ancaq biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu qələbəni yaxınlaşdırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.”

Çıxışında antiterror əməliyyatlarından bəhs edən Dövlət başçısı2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı düşmənə növbəti bir dərs olduğunu və bununla da separatçılığın kökünün kəsildiyini vurğulayıb. Və əlavə edib ki, bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Cənab Prezident onu da qeyd edib ki, biz həm Vətən müharibəsi dövründə, həm ondan sonraki dövr ərzində antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cu illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı.

Ölkə başçısı Ermənilərə və onların havadarlarına, anti-Azərbaycan qüvvələrə, bəzi Qərb paytaxtlarında oturan islamafoblara, Azərbaycanofoblara da ciddi mesajlar göndərib. Bu qüvvələrin Ermənistanı yeni müharibəyə təhrik edirlərini vurğulayan Prezident İlham Əliyev bu Ermənistan dövləti üçün tam faciə ola biləcəyini sərt şəkildə bildirib. “Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.”-deyə ölkə başçısı əlavə edib.

“Güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən təxribatın qarşısını almağa qadirdir. Ona görə Ermənistan və ona havadarlıq edən qüvvələr baş verəcək yeni təxribatın nəticələrini öncədən düşünməlidirlər.”-deyən ölkə başçısı qeyd edib ki, Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu, aparılan qarayaxma kampaniyası Azərbaycan iradəsinə təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Cənab Prezident gücümüzün əsas mənbəyinin xalq-iqtidar birliyi olduğunu vurğulayıb.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Seçilən
56
1
sesqazeti.az

2Mənbələr