AZ

İqlim savadlılığının ölçülməsi təşəbbüsü niyə məhz PISA-ya verilib?

Şagirdlərin iqlim savadlılığı üzrə bacarıqlarının ölçülməsi təşəbbüsünün nə üçün digər beynəlxalq qiymətləndirmələrə deyil, məhz PISA-ya təklif edildiyinə aydınlıq gətirilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək tədbirlər barədə onlayn formatda keçirilən infosessiyada Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev məlumat verib.

O bildirib ki, bunun əsas səbəbi digər beynəlxalq qiymətləndirmələrdən fərqli olaraq PISA tədqiqatının daha çox ölkəni əhatə etməsidir:

"İkincisi PISA ölkələrin təhsil siyasətlərinə ən çox təsir etmək gücü olan tədqiqatlardandır. Nəzərə alsaq ki, ölkə rəhbərinin imzaladığı "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda belə Azərbaycanda təhsil fəaliyyətlərinin keyfiyyətinin yekun göstəricisi olaraq PISA-dakı inkişaf göstəricimizi əsas götürülür. Bu baxımdan PISA-nın daha məqsədəuyğun olması qərarı verilib. Ümumiyyətlə sistemlərin iqlim dəyişikliyi üzrə nə qədər hazırlıqlı olmasının yekununu ölçmə baxımından 15 yaşlı şagirdlərin bu istiqamətdə bacarıqlarının ölçülməsi daha faydalıdır".

Seçilən
52
tehsil.biz

1Mənbələr