AZ

Tramp: Ukrayna müharibəsini bitirmək üçün səylə çalışacağıq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp noyabrın 14-də Florida ştatının Mar-a-Laqo şəhərində Siyasət İnstitutunda keçirilən “Amerika hər şeydən öncədir” gecəsində çıxışı zamanı Ukrayna münaqişəsinə son qoymaq üçün “çox səylə çalışacağına” vəd edib. Məlumatı “İzvestiya.ru” verib.

“Biz Yaxın Şərqdəki vəziyyət üzərində işləyəcəyik. Rusiya və Ukrayna üzərində çox çalışacağıq. Bu müharibələr bitməlidir. Üç gün ərzində minlərlə adamın öldürüldüyü barədə məlumat aldım, onlar əsgərlər idi. Amma istər əsgərlər olsun, istərsə də şəhərlərdəki mülki insanlar, biz bunun üzərində işləyəcəyik”, - deyə Tramp “Fox News” yayımlanan çıxışı zamanı deyib.

ABŞ-ın seçilmiş prezidenti Ağ Ev uğrunda mübarizədə qələbə qazandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Tramp həmin toplantıda prezident seçildikdən sonra ilk görüşünü də keçirib. Görüş Argentina prezidenti Havyer Mileylə baş tutub. 

P.ƏMİRCANOV
XQ

Seçilən
60
xalqqazeti.az

1Mənbələr