AZ

Parisdə fransızlarla yəhudilər arasında kütləvi dava

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Fransa – İsrail oyununda (0:0) 50-ə yaxın insanın iştirak etdiyi dava baş verib.

Publika.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb

Mənbənin sözlərinə görə, “Stad de Frans” stadionundakı matç başlamazdan əvvəl tribunalar İsrail himnini fitə basıblar. Bir neçə dəqiqə sonra israilli azarkeşlərin olduğu tribunada qarşıdurma baş verib. Lakin stüardların səyi nəticəsində asayiş bərpa olunub.

Qeyd edək ki, qarşılaşmada təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görülüb. 4 minə yaxın polis əməkdaşı və 1500 mühafizə işçisi səfərbər edilib.

Seçilən
6
publika.az

1Mənbələr