AZ

SOCAR sıfır xalis emissiya hədəflərinə çatmaq üçün lazım olan mərhələləri açıqladı

Bakı. Trend:

SOCAR Azərbaycanın milli neft-qaz şirkətidir. 2050-cu ilə qədərsıfır xalis emissiya hədəfinə çatanda SOCAR Azərbaycanın enerjiçempionu olmağı hədəfləyir.

Trend xəbər verir ki, bubarədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov “Yaşıl inkişafportalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdədeyib.

O bildirib ki, bu hədəflərə çatmaq hədəfini COP28-də elanediblər.

“Biz hazırda bu transformasiya yolundayıq. Bu hədəflərə 3mərhələdə çata bilərik. Birinci mərhələ, dekarbonizasiya. Bizdekarbonizasiyaya çatmaq üçün yüksək texnologiyalardan istifadəedirik. İkinci mərhələ, təşkilati transformasiyadır. Yəni bizbərpaolunan enerji mentalitetimizi tərtib etmək istəyirik.

Üçüncü mərhələ isə, biz beynəlxalq tərəfdaşlarımızla birgəhidrogen, günəş və külək enerjisinə əsaslanan biznesləri yaratmağaçalışırıq”, - deyə SOCAR-ın vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
41
az.trend.az

1Mənbələr