AZ

Ukrayna dronları Krımdakı hərbi obyektlərə hücum edib

Noyabrın 15-nə keçən gecə Krasnodar diyarının iki rayonu pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Krım və Krasnoarmeyski bölgələrində onlarla pilotsuz uçan aparatı vurub.

Bundan əvvəl Krım vilayətinin rəhbəri Sergey Les bildirib ki, ötən gecə bölgənin səmasında 46 pilotsuz uçan aparat vurulub. Lakin sonradan “Astra” teleqram kanalı vilayət rəhbərinin yazdığı mesajı sildiyini qeyd edib. Krım sakinləri ötən gecə çoxsaylı partlayışların baş verdiyini bildiriblər. Ehtimallara görə, Ukrayna pilotsuz təyyarələri Krımdakı hərbi aerodroma hücum etməyə cəhd edib. Bu məlumatın müstəqil təsdiqi yoxdur.

Rusiya Müdafiə Nazirliyi ötən gecə hava hücumundan müdafiə sistemlərinin Rusiya ərazisi üzərində 51 Ukrayna pilotsuz təyyarəsini vurduğunu iddia edib. Məlumata görə, Krasnodar diyarı üzərində 36 pilotsuz təyyarə məhv edilib.

“AzPolitika.info”

Seçilən
35
2
azpolitika.info

3Mənbələr