AZ

"Rəqibin heyətindəki futbolçuları elə də yaxşı tanımıram" - Musa Qurbanlı

“Hər məşqçinin öz fəlsəfəsi var. Bu, mənim Fernandu Santuşla ilk təlim-məşq toplanışımdır. Onun oyun fəlsəfəsinə uyğunlaşmalıyıq. Bunu edə bilsək, nəticələr yaxşılaşacaq”

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Musa Qurbanlı UEFA Millətlər Liqasının C Divizionunda Qəbələdə Estoniya yığmasına qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

“Qarabağ”ın hücumçusu bildirib ki, futbolda istənilən nəticələr qeydə alına bilər: “Rəqibin heyətində çıxış edən futbolçuları elə də yaxşı tanımıram. Açığı bu, bizə o qədər də maraqlı olmamalıdır. Təbii ki, Estoniyanı analiz etmişik. Öz oyunumuzu sərgiləsək, yaxşı nəticə qazana bilərik”.

O, İsveçin “Yurqorden” klubunda uğursuz alınan legioner həyatı barədə də danışıb: “Çətin oldu. Azərbaycanlı futbolçu üçün başqa ölkədə oynamaq asan deyil. Təbii ki, Avropada qalmaq istərdim. Amma buna görə pis olmuram. Mənim üçün təcrübə oldu. Bundan dərs çıxarıb daha yaxşı olmağa çalışacağam”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan-Estoniya qarşılaşması saat 18:00-da başlayacaq.

Seçilən
44
50
unikal.az

10Mənbələr