AZ

Dövlət dəstəyi ilə birgə maliyyələşdirmə Mərkəzi Asiyanın enerji keçidini sürətləndirməsinə kömək edə bilər – UNESCAP

Bakı. Trend:

Daxili və beynəlxalq maliyyələşmə mənbələri, karbonqiymətləndirilməsi və emissiya ticarəti sxemləri kimi güclü dövlətdəstəyi, eləcə də özəl sektorun iştirakı Mərkəzi Asiyanın enerjikeçidini sürətləndirmək, iqtisadi və iqlim hədəflərinə nail olmaqüçün zəruri kapitalı cəlb etməsinə kömək edə bilər.

Trend xəbər verir ki, bunuBMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının(UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana Mərkəzi Asiyadabərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqiüzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Mərkəzi Asiya enerji keçidinin unikal bir kəsişməsindəyerləşir. Region həm qalıq yanacaqlardan asılı olan enerjisistemlərini transformasiya etmək kimi çətin bir vəzifə iləüzləşir, həm də bərpa olunan enerji mənbələrinin böyükpotensialından istifadə etmək imkanı əldə edir”, - deyə obildirib.

A.S.Alişahbana qeyd edib ki, elektrik şəbəkələrinə fokuslanmaqlaregional enerji əlaqəsinin gücləndirilməsi dayanıqlığın və regionunenerji təchizatı təhlükəsizliyinin artırılmasının vacibvasitəsidir. 2021-ci ildə UNESCAP-a üzv dövlətlər enerjisistemlərinin inteqrasiyası və dayanıqlı inkişafı dəstəkləmək üçünbaxış, prinsiplər toplusu və 9 strategiyanı özündə birləşdirənRegional Yol Xəritəsini təsdiqləyiblər.

“Transsərhəd enerji əməkdaşlığı və elektrik şəbəkələrininbirləşdirilməsi, inteqrasiya olunmuş elektrik təchizatışəbəkələrinin inkişafı yolu ilə regionda bərpa olunan enerjinininkişafına töhfə vermək üçün əsas əhəmiyyət kəsb edir. MərkəziAsiya ölkələri Tacikistanın hidroenerjisindən Xəzər dənizinin küləkresurslarına qədər müxtəlif bərpa olunan resurslarından istifadənioptimallaşdıra bilər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
33
1
az.trend.az

1Mənbələr