AZ

“DOST Evi”nin açılışından 1 il ötür

Noyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonunda yerləşən “DOST Evi” filialının açılışından 1 il ötür.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, ötən il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “DOST Evi” İsmayıllı və ətraf bölgələrdə yaşayan həssas əhali qruplarına xidmət göstərir.

Ötən dövrdə 5 həssas kateqoriyadan olan 30 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib. 10 təlim istiqaməti üzrə 6 emalatxananın yaradıldığı müəssisədə benefisiarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər.

“DOST Evi”ndə əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr də həyata keçirilib. Dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 20-dən çox tədbir təşkil olunub. Həmin tədbirlərə müxtəlif master-klaslar, infoturlar, konsert proqramları və s. daxildir.

“DOST Evi”ndə müxtəlif yaradıcılıq istiqamətləri üzrə keçirilən təlimlər benefisiarların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və sosial inteqrasiyanı gücləndirmək məqsədi daşıyır.

Seçilən
59
4
herbiand.az

5Mənbələr