AZ

Haker 10 milyard dollardan çox pul oğurladığı üçün azadlıqdan məhrum edilib – ÖZƏL

Nyu-York sakini, ikili vətəndaş olan İlya Lixtenşteyn ABŞ-da 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı ildə Bitfinex kriptovalyuta birjasını sındırmaqda və demək olar ki, 120.000 bitkoin oğurlamaqda (indiki məzənnə ilə bu, 10 milyard dollardan çox) ittiham edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın BBC korporasiyası məlumat yayıb.

Məhkəmə sənədlərindən əldə edilən məlumata görə, Lixtenşteyn birjanı sındırmaq üçün müasir haker vasitələrindən istifadə edib. Onların arasında qondarma şəxsiyyətlərdən istifadə, müxtəlif kriptovalyutalara pul köçürmələri, qızıl alışı daxildir.

ABŞ baş prokurorunun müavini Liza Monako bildirib ki, iş çərçivəsində müsadirə edilən aktivlər ABŞ Ədliyyə Nazirliyinin tarixində ən böyük müsadirə olub.

Lixtenşteyn 2022-ci ilin fevralından həbsdədir. Haker əməlindən peşman olub və həmçinin aydınlaşdırıb ki, azadlığa çıxandan sonra kibercinayətkarlıqla mübarizə aparmağı planlaşdırır.

Lixtenşteynin həyat yoldaşı Hizer Morqan da həbs edilib. O, ittihamlardan biri üzrə özünü təqsirli bilib. Morqana hökmün noyabrın 18-də çıxarılması planlaşdırılır.

Çıxarılan məbləğlərdən birinin Walmartda 500 dollarlıq hədiyyə kartına xərcləndiyi dəqiqləşdirilir. Alış-veriş sayəsində kəşfiyyat xidmətləri fırıldaqçıların izinə düşə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
olaylar.az

1Mənbələr