AZ

İranda hicab taxmaq istəməyən qadınlar üçün klinikalar açılacaq

İranda hakimiyyət hicab taxmaq istəməyən qadınlar üçün klinikalar açmağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “Asr-e Iran” yazır.

Hesab olunur ki, belə qadınlar hicabı tərk etməyin zərərini dərk etməlidirlər.

“İndi məhkəmə tərəfindən cərimə edilməli olan bəzi şəxsləri məhkəmə icraatı əvəzinə bizə göndərirlər. Biz də öz növbəmizdə onları müvafiq görüşlərə göndəririk ki, hicabdan imtina etməyin zərərini başa düşsünlər və bu qanunsuz və qeyri-standart hərəkətdən könüllü şəkildə əl çəksinlər”, – “Amr be Maruf”un qərargahından bildirilib.

Azpost.info

Seçilən
46
azpost.info

1Mənbələr